Konte Mourinyoya: “Bunu unutmayacağam”
"Çelsi”nin baş məşqçisi Antonio Konte ilə "Mançester Yunayted”in
çalışdırıcısı Joze Mourinyo arasında söz "müharibə”si davam edir.
Kaspi.az xəbər verir ki, Konte Mourinyonun onu ciddi ittihamlarla
günahlandırdığını bildirib. İtalyan mütəxəssis növbəti dəfə bu məsələyə
münasibətini açıqlayıb:
"Mourinyo məni ciddi ittihamlarla günahlandırıb. Bunu heç vaxt
unutmayacağam”.
Portuqal mütəxəssis əvvəlcə Konteni oyun zamanı klounluq etməkdə
günahlandırmışdı. Konte cavabında "Mourinyo keçmişinə baxsın” demişdi. Ardınca
Joze italyanı oyun alqı-satqısında ittiham etmişdi.