• şənbə, 27 Aprel, 08:17
  • Baku Bakı 12°C

Konkisürənlərimiz Soçi Olimpiadasında mübarizəyə başlayıblar

17.02.14 08:11 1594
Konkisürənlərimiz Soçi Olimpiadasında mübarizəyə başlayıblar
Apasport.az saytının məlumatına görə, idmançılar yarışın ilk günündə qısa rəqslə məharətlərini göstərirlər.
Olimpiadanın 11-ci günü Azərbaycan üçün əlamətdar olub. Belə ki, Soçiyə 4 idmançı ilə yollanan yığmamız mübarizəyə məhz Aleksey Sitnikov – Yuliya Zlobin dueti ilə başlayıb.
Təmsilçilərimiz Bakı vaxtı ilə saat 19:00-da başlayan və 24 cütlüyün mübarizə apardığı yarışa 13-cü qoşulublar. Karyeralarında ilk dəfə Olimpiadaya yollanan milliləşən legionerlərimiz hələlik ilk "üçlük"dədir. Yığmamızın rekorduna imza atmaq iddiasında olan duet hakimlərdən 58,15 bal alıb. Bu isə onların növbəti mərhələyə adlaması ilə nəticələnib. Çünki yalnız 4 duet Olimpiadaya vaxtından əvvəl əlvida deyir.
Mükafatçılar isə bu gün baş tutacaq sərbəst çıxışdan sonra bəlli olacaq.
Qeyd edək ki, indiyədək “Ağ Olimpiada”da rekordumuz 16-cı yerdir. Sitnikovla Zlobin isə ilk “onluğ”a namizəd sayılır.
banner

Oxşar Xəbərlər