AZE | RUS | ENG |

“Kimə tuş gəldiyini bilmir, hər ikisi ağlını itirib”

“Kimə tuş gəldiyini bilmir, hər ikisi ağlını itirib”
Məşhur italyan mütəxəssis Fabio Kapello "Çelsi”nin baş məşqçisi Antonio Konte ilə "Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo arasında yaşanan qarşıdurmaya münasibət bildirib. 
 
Kaspi.az xəbər verir ki, Kapello durumun bu həddə çatacağını gözləmədiyini bildirib. O, hər iki mütəxəssisin ağlını itirdiyini vurğulayıb: 
 
"Mənə elə gəlir ki, "Çelsi”nin forması məşqçiləri əsəbiləşməyə vadar edir. Mourinyo da bu klubda işləyəndə belə idi. Onun qələbəni necə bayram etdiyi, meydanın mərkəzində diz çökdüyü hamımızın yadındadır. 
 
Mənə elə gəlir ki, Konte kimə tuş gəldiyini anlamır. Mourinyo əla polemikaçıdır. İndi o, bütün ictimai fikri öz komandasından uzaqlaşdırıb.
 
Onların hər ikisi ağlını itirib. Gözləməzdim ki, hadisələr bu həddə çatacaq”. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN