• şənbə, 27 Aprel, 08:20
  • Baku Bakı 12°C

Kim udacaq, kim uduzacaq? - Proqnoz

14.02.14 09:28 1366
Kim udacaq, kim uduzacaq? - Proqnoz
Futbol mütəxəssisi Oqtay Abdullayev TPL-in 21-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytına bildirib:
“Simurq” - “İnter”
“İnter” üçlüyə düşməyi çox istəyir. Bunun üçün isə xalla toplamaq vacibdir. Düşünürəm ki, onlar görüşdə öz şanslarını əldən verməyəcək. Oyunun Zaqatalada keçiriləcəyinə baxmayaraq, çətin ki, “Simurq” qələbə qazansın. Yarış cədvəlindəki mübarizəyə gəlincə, bu oyun “İnter”ə onlardan daha vacibdir. Beləcə, mən “bankirlər”in qələbəsinə qoyuluş edirəm.
“Bakı” - “Neftçi”
“Bakı” bu ili yaxşı başlayıb. Keyfiyyətli oyun göstərir. “Neftçi” də son turda yaxşı oynadı. Hesab edirəm ki, “Neftçi”nin itkiləri olmasaydı. Şansları çox olardı. Bu səbəbdən təxmin edirəm ki, biz heç-heçə görəcəyik.
“Sumqayıt” - “Rəvan”
Ötən tur “Sumqayıt”ın oyunu çox xoşuma gəldi. Baxmayaraq ki, onlar məğlubiyyətdən çətinliklə qurtuldular. Düşünmürəm ki, bu oyunda “Rəvan”a işıq ucu var. “Sumqayıt” üç xalını alacaq.
“Qarabağ” - AZAL
Ötən görüşlərdə ağdamlılar AZAL-ı məğlub edə bilməyib (1:1 və 1:0, ilk iki dövrədə - qeyd). Ancaq mən belə gəlir ki, bu dəfə “Qarabağ” şansını qaçırmaz. Anlara bu mövsüm çempion olmaq istəyirlərsə, mütləq qələbə qazanmaq lazımdır. Düşünürəm ki, “atçılar” üstün olacaqlar.
“Qəbələ” - “Xəzər Lənkəran”
Qəbələlilər cari mövsümdə ən yaxşılardandırlar. Baxmayaraq ki ötən turda “radarlar” zəif oynadılar, mənim xoşuma gəlmədi. Ancaq bu dəfə də belə olacağına şübhə edirəm. “Xəzər Lənkəran” öz futbolunu göstərməyə çalışsa da, onlara asan olmayacaq. Hesab edirəm ki, “Qəbələ” qalib gələcək.
banner

Oxşar Xəbərlər