• cümə axşamı, 09 may, 00:41
  • Baku Bakı 15°C

İtaliyada daha bir klub satıldı

11.07.17 10:17 849
İtaliyada daha bir klub satıldı
İtaliyanın "Cenoa” klubu satılıb.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı klubun sahibi və prezidenti Enriko Pretsiozi verib. O, klubu kimlərə və neçəyə satdığı barədə məlumat verməyib:
"Mən klubu satmışam. Rəsmi sənədlərə mövsümün əvvəlində imza atılacaq. Növbəti müsahibə zamanı "Cenoa”nın prezidenti olmayacağam”.
Pretsiozi "Cenoa”nı 2003-cü ildə almışdı. O, komandanı alarkən, klub müflis həddində idi. "Cenoa” ötən mövsüm A seriyasında 16-cı yeri tutub.
Mövsümün başa çatandan sonra klubun sahibi futbolçuları kütləvi surətdə satmağa başlamışdı ki, bu da fanatların etirazına səbəb olmuşdu.
banner

Oxşar Xəbərlər