• şənbə, 27 Aprel, 05:30
  • Baku Bakı 14°C

İtaliya yığmasını çalışdırmaq üçün saçlarına dən düşməlidir

30.03.18 14:10 710
İtaliya yığmasını çalışdırmaq üçün saçlarına dən düşməlidir
"Sevilya”nın baş məşqçisi Vinçentse Montella İtaliya yığmasına başçılıq edəcəyi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Montella bu məlumatı təkzib edib. O, yaxın vaxtlarda yığmada işləmək perspektivinin olmadığını deyib:
"Mən Sevilyada xoşbəxtəm. İtaliya Futbol Federasiyası ilə də əlaqə saxlamamışam. Mənim fikrimcə, İtaliya yığmasını çalışdırmaq üçün saçlarına dən düşməlidir.
Bu yaxınlarda Mançinini görmüşəm. Onun xeyli ağ saçı var. Elə Ranyerinin də saçı tamamilə ağarıb”.
banner

Oxşar Xəbərlər