• çərşənbə, 08 May, 20:23
  • Baku Bakı 18°C

İspaniya polisi Qvardiolanı separatçıların siyahısına saldı

22.12.17 10:40 871
İspaniya polisi Qvardiolanı separatçıların siyahısına saldı
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola separatçı hesab olunur.
Kaspi.az xəbər verir ki, İspaniya polisi separatizmlə bağlı hazırladığı hesabata Qvardiolanın da adını salıb. Hesabatda, Qvardiola regionun müstəqilliyinin fəal tərəfdarı kimi qeyd olunub.
Xosep Kataloniyanın müstəqilliyinin tərəfdarı olduğunu bir neçə dəfə açıq şəkildə bildirib. O, həbsdə olan separatçılara dəstək nümayiş etdirmək üçün sarı lent gəzdirir.
Qvardiolanı bu hərəkətinə görə nəyin gözlədiyi barədə hesabatda məlumat verilməyib.
banner

Oxşar Xəbərlər