• şənbə, 27 Aprel, 03:44
  • Baku Bakı 14°C

İslamiada: Marina Durundadan qızıl, Jalə Piriyevadan bürünc medal

14.05.17 19:34 1226
İslamiada: Marina Durundadan qızıl, Jalə Piriyevadan bürünc medal
Bu gün Azərbaycan gimnastı Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, M. Durundanın qazandığı üçüncü qızıl medaldır.
Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda 17.600 xal toplayan M.Durunda qalib olub. Digər idmançımız Jalə Piriyeva isə 16.050 xalla üçüncü yeri tutub.
Gümüş medala isə 16.450 xalla özbəkistanlı Anastasiya Serdyukova sahib olub.
banner

Oxşar Xəbərlər