AZE | RUS | ENG |


İslamiada: İrina Zaretska karateçilərimizin dördüncü qızıl medalını qazanıb

İslamiada: İrina Zaretska karateçilərimizin dördüncü qızıl medalını qazanıb
Bu gün "Bakı-2017”də karatenin kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska qızıl medala yiyələnib.
 
APA-nın məlumatına görə, idmançımız finalda türkiyəli Edə Eltemuru 3:0 hesabı ilə məğlub edib. Beləliklə də, Azərbaycan karateçilərinin "Bakı-2017”dəki qızıl medallarının sayı dördə çatıb.
 
Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska rəqibi Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
 
Bu növdə bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traish sahib çıxıblar.
 
İrina Zaretska 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. İ.Zaretska, həmçinin gənclər arasında sonuncu dünya çempionatının gümüş medalçısı, böyüklər arasında komanda yarışlarının Avropa çempionu olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008