AZE | RUS | ENG |


İslamiada: 7 boksçumuz yarımfinalda mübarizəyə başlayır

İslamiada: 7 boksçumuz yarımfinalda mübarizəyə başlayır
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının yarımfinal mərhələsinin görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, final uğrunda Azərbaycanın 7 boksçusu mübarizə aparacaq.
 
56 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyevin rəqibi özbəkistanlı Abdulxay Şaraxmatov olacaq. 
 
60 kq-dakı təmsilçimiz Cavid Çələbiyev 1/4 finalda türkiyəli Hakan Doğanı yolundan kənarlaşdırdıqdan sonra yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə qarşılaşacaq.
 
Ölkəmizi 69 kq çəkidə təmsil edən Tamerlan Abdullayev də yarımfinal döyüşünə çıxacaq. O, finala adlamaq üçün qazaxıstanlı İlya Oçkina qalib gəlməlidi.
 
75 kq çəkidə yarışan Olimpiya mükafatçımız Kamran Şahsuvarlının final yolundakı son rəqibi Yuness Qarrumi (Mərakeş) olacaq.
 
81 kq-da ölkəmizin idman şərəfini qoruyan Rauf Rəhimov pakistanlı Əli Xana qalib gələrək yüksəldiyi yarımfinalda Abdelrəhman Abdelqəvvədlə (Misir) döyüşəcək.
 
91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov isə Özbəkistan boksçusu Sardorbek Beqaliyevdən sonra suriyalı Eldin Qoussunu da rinqə çıxmağa peşman etməlidi.
 
Azərbaycanı ən ağır çəkidə, +91 kq-da təmsil edən Məhəmmədrəsul Məcidov da bu gün final üçün mübarizə aparacaq. İlk matçda qazaxıstanlı Nurlan Saparbaya qalib gələn, ardınca 1/4 finalda misirli Uosri Hafizi məğlub edən Məcidovun budəfəki rəqibi Hüsseyn İaşaiş (İordaniya) olacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008