• şənbə, 27 Aprel, 02:06
  • Baku Bakı 14°C

İrqçiliyə görə meydanı tərk etdi

17.02.20 13:22 2129
İrqçiliyə görə meydanı tərk etdi
Portuqaliya çempionatında insident yaşanıb.
Kaspi.az xəbər verir ki, "Portu”nun futbolçusu Mussa Mareqa "Gimaraynş” la qarşılaşmada meydanı tərk edib. Malili futbolçu azarkeşlərin irqçi hərəkətlərinə görə bu addımı atıb.
Komanda yoldaşları onu fikrindən döndərməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Baş məşqçi Serjiu Konseysau onu 71-ci dəqiqədə əvəzləmək məcburiyyətində qalıb.
Qeyd edək ki, "Portu”nun 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada "əjdahalar”ın qəlbə qolunu 60-cı dəqiqədə məhz Mussa vurmuşdu.
banner

Oxşar Xəbərlər