AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İran XİN Bakı və Yerevanı dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırdı

İran XİN Bakı və Yerevanı dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırdı

Cəmiyyət
27 Sentyabr 2020, 17:50 133
Tehran Ermənistanı və Azərbaycanı dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar prosesinə başlamağa çağırıb.
 
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
S.Xətibzadə bildirib: "Tehran tərəfləri təmkinli olmağa, həmçinin dərhal atəşkəsə və iki ölkə arasında danışıqlara başlamağa çağırır. İran Azərbaycan və Ermənistan arasındakı silahlı toqquşmalardan narahatdır və onları yaxından izləyir".

Onun sözlərinə görə, İran XİN tərəflər arasında sülhün təyin edilməsi və dialoqun başlaması üçün Tehranın bütün imkanlardan istifadə etməyə hazır olduğunu bəyan edib.