AZE | RUS | ENG |

İquain Milana gəldi

İquain Milana gəldi
 "Yuventus”un hücumçusu Qonsalo İquain karyerasını "Milan”da davam etdirəcək. 
 
Kaspi.az xəbər verir ki, İqain müqavilə bağlamaq üçün Milana gəlib. Onu yüzlərlə "Milan” azarkeşi qarşılayıb. Argentinalı futbolçu mətbuata qısa açıqlama verib: 
 
"Təəssüratım  möhtəşəmdir. Avqustun 2-də tibbi müayinədən keçəcəyəm. Ümid edirəm ki, "Milan”la müqavilə bağlayacağam.
 
İstəyirəm ki, "Milan”ın azarkeşlərini salamlayım. "Yuve”nin fanatlarına isə təşəkkür edirəm. Onlar məni həmişə dəstəklədilər. 
 
İnanıram ki, "Milan”la ən yüksək zirvəyə qalxmağı bacaracağıq”. 
 
Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, İquainin icarəyə götürülməsi "Milan”a 18-20, alınması isə 36 milyona başa gələcək. 
 
 
Onu da qeyd edək ki, İquaindən savayı, "Yuventus”dan "Milan”a  Mattia Kaldara da keçəcək. Leonardo Bonuççi isə əks istiqamətdə hərəkət edəcək. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000