“İnter” onlardan cavab gözləyir - 20 gün vaxt var
"İnter” rəhbərliyi komandaya yeni baş məşqçi dəvət etmək niyyətindədir.
Kaspi.az xəbər verir ki, "İnter”in hədəfində "Atletiko”nun baş
məşqçisi Dieqo Simeone ilə "Çelsi”nin çalışdırıcısı Antonio Kontedi. "Gazzetta
dello Sport” nəşrinin məlumatına görə, "İnter” rəhbərliyi hər iki mütəxəssisə
dəvət göndərib.
Rəhbərlik onlara cavab üçün 20 gün vaxt verib. Əgər hər iki
mütəxəssis təklifə "yox” cavabı versə, onda "İnter” "Roma”nın baş məşqçisi
Luçano Spalletti ilə danışıqlara başlayacaq.