İngiltərə onunla müqaviləni uzatdı
İngiltərə
yığmasının baş məşqçisi Qaret Sautqeyt federasiya ilə müqaviləsini uzadıb.
Kaspi.az xəbər
verir ki, Sautqeyt 2022-ci ilə qədər yığma komandanı çalışdıracaq. O, iki böyük
turnirdə - Avropa və dünya çempionatında yığmaya rəhbərlik edəcək. Qaret məsələ
ilə bağlı fikirlərini bildirib:
"Sevinirəm ki, qarşıdakı iki böyük turnirdə yığmaya rəhbərlik
edəcəyəm. Bu işi görmək böyük şərəfdir.
Bütün millətin
bir məqsəd uğrunda birləşdiyi zaman qazanılan təcrübə nəsə qeyri-adi bir
hissdir. Bu gənc kollektivin nə qədər uzağa gedə biləcəyini izləmək çox
yaxşıdır”.
Sautqeyt İngiltərə
yığmasına 2016-cı ildən rəhbərlik edir.