İngilisləri təhqir etdilər, oyun dayandırıldı
Avropa
çempionatının seçmə mərhələsində keçirilən Bolqarıstan – İngiltərə
qarşılaşmasında insident yaşanıb.
Kaspi.az xəbər
verir ki, bolqar azarkeşlər ingilis futbolçuları irqçi təhqirə məruz qoyublar.
Əsas hədəf isə, Sterlinq, Reşford və Minqs olub. Top bu futbolçularda olanda
fanatlar "ey, meymun” qışqırıblar.
İngiltərə
yığmasının kapitanı Keyn hakimə müraciət etdikdən sonra qarşılaşma
dayandırılıb. Diktor xəbərdarlıq edib ki, əgər irqçi təhqirlər davam etsə, oyun
ləğv ediləcək. Bolqarıstan yığmasının kapitanı İvelin Popov da azarkeşlərə
müraciət edib.
Qarşılaşma
Bolqarıstanın məğlubiyyəti ilə yekunlaşıb 0:6.