• cümə axşamı, 25 aprel, 18:37
  • Baku Bakı 21°C

İcra başçısı koronavirusdan dünyasını dəyişib

27.11.20 10:07 406
İcra başçısı koronavirusdan dünyasını dəyişib
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.
APA-nın yerli bürosunun xəbərinə görə, 1961-ci il təvəllüdlü Tağıyev Vahid Heydər oğlu bir müddət əvvəl "COVID-19” virusuna yoluxub.
O, Bakı şəhərindəki karantin xəstəxanalarından birində müalicə olunurdu.
Vəziyyəti ağırlaşan Vahid Tağıyev dünən axşam saatlarında vəfat edib.
Məlumata görə Ağsu rayon İcra Hakimiyyətinin daha bir neçə əməkdaşı da koronavirusa yoluxub.
Onlar özünütəcrid edərək işə çıxmırlar.
banner

Oxşar Xəbərlər