İçkiyə meyilli olduğu üçün “Real” ondan imtina edib
"Mançester Siti”nin futbolçusu David Silva 2010-cu ildə "Real”a keçə
bilərmiş.
Kaspi.az xəbər verir ki, həmin vaxt Silvanın oyunu "Real”ın
prezidenti Florentino Peresi heyran edib. O, "Valensiya” ilə oyundan sonra klub
rəsmilərinə belə göstəriş verib:
"Onun əşyalarını götürüb gətirin biz tərəfə. Onsuz da növbəti mövsüm
bizim düşərgədə olacaq”.
Ancaq sonradan klub rəsmiləri Silvanın spirtli içkilərə və gecə
həyatına meyilli olduğunu nəzərə alaraq, onun transferindən vaz keçiblər.
Nəticədə Silva "Mançester Siti”yə üz tutub və artıq 9 ildir ki, "şəhərlilər”in
şərəfini qoruyur.