• şənbə, 27 Aprel, 09:14
  • Baku Bakı 12°C

İbrahimoviçi 20 minin fitə basması azdır, 80 minə öyrəşib

29.07.18 12:20 843
İbrahimoviçi 20 minin fitə basması azdır, 80 minə öyrəşib
"Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviç "Los-Anceles”lə keçirilən derbidən sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, "Los-Anceles Qelaksi”nin qalib gəldiyi oyunda azarkeşlər İbranı fitə basıblar. Zlatan 20 min insanın onu fitə basmasının çox az olduğunu bildirib:
"Düzünü desəm, bu stadion mənim üçün çox balacadır. 20 min insanın məni fitə basması azdır. Mən 80 minə öyrəşmişəm.
Nə vaxt ki, səni 80 min fitə basır, onda ayağını əlinə alıb səylə çalışmalısan. Ancaq nə vaxt ki, sənə qarşı 20 min azarkeşlik edir, bu, sadəcə, məşqə bənzəyir”.
Şəhərin ikinci komandası MLS-də bu ildən çıxış edir. "Los-Anceles”i ABŞ yığmasının sabiq baş məşqçisi Bob Bredli çalışdırır.
banner

Oxşar Xəbərlər