• çərşənbə axşamı, 23 aprel, 16:26
  • Baku Bakı 24°C

İbrahim Kalın: Dünya ictimaiyyəti Ermənistandan bu təxribatları dərhal dayandırmağı tələb etməlidir

27.09.20 11:34 441
İbrahim Kalın: Dünya ictimaiyyəti Ermənistandan bu təxribatları dərhal dayandırmağı tələb etməlidir
Ermənistanın Azərbaycana hücumlarını kəskin şəkildə qınayırıq. Ermənistan mülki yaşayış yerlərinə hücumlar edərək atəşkəsi pozmuş, sülh və sabitliyə qarşı olduğunu bir daha göstərmişdir. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırılmasını tələb etməlidir.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın təcavüzkar Ermənistanın hərbi təxribatları əsasında yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında əksini tapıb. Dövlət müşaviri yazır: "Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.
banner

Oxşar Xəbərlər