• cümə axşamı, 09 may, 03:57
  • Baku Bakı 15°C

Hücumçu ol, çempion ol, qapıya bircə zərbə də vurma

16.07.18 12:35 682
Hücumçu ol, çempion ol, qapıya bircə zərbə də vurma
Fransa DÇ-2018-in finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gələrək, tarixində 2-ci dəfə çempion oldu.
Kaspi.az xəbər verir ki, Fransa yığmasının hücumçusu Olivye Jiru komandasının bütün oyunlarında iştirak edib. O, meydanda 546 dəqiqə keçirib.
Amma Jiru bu müddətdə nəinki qol vurub, hətta qapı istiqamətində bircə dəqiq zərbə ilə də yadda qalmayıb.
31 yaşlı hücumçu qrup mərhələsində Avstraliya ilə oyunu çıxmaq şərtilə, bütün qarşılaşmalarda start heyətində meydana çıxıb.
banner

Oxşar Xəbərlər