• cümə axşamı, 28 mart, 18:42
  • Baku Bakı 13°C

Həmsədrlər Qarabağda keçirilmiş "seçkilər”ə münasibət bildirib

10.09.19 17:14 579
Həmsədrlər Qarabağda keçirilmiş "seçkilər”ə münasibət bildirib
ATƏT-in Minskqrupununhəmsədrləri sentyabrın 8-dəAzərbaycanın işğal olunmuşDağlıq Qarabağbölgəsində"yerli seçkilər”inkeçirilməsinə münasibətbildiriblər.
ATƏT-in Kommunikasiya və Media Əlaqələri DepartamentindənAPA-yadaxil olanməlumatda bildirilir ki,həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır: "Lakin Dağlıq QarabağnəATƏT-in Minskqrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu "seçkilərin” nəticələrinədəDağlıq Qarabağın hüquqi statusuna təsiredən amilkimi baxılmamalı,heç bir haldabu nəticələrDağlıq Qarabağın yekun statusunavə münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkıdanışıqların nəticələrinə xələl gətirməməlidir.ATƏT-in Minskqrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilədavamlıhəllində tərəflərəkömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır".
Qeyd edək ki,bu ilin 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli özünüidarəetmə seçkiləri” keçirilib.Azərbaycan XİN bu "seçkiləri" kəskin pisləyib. Gürcüstan XİN də "seçkiləri" tanımadığını bəyan edib.
banner

Oxşar Xəbərlər