Həbib axtarışda olan şəxslə görüşdü
UFC çempionu Həbib
Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Kaspi.az xəbər
verir ki, Həbib Dubayda Sideny olimpiadasının qalib Saqid Murutzəliyevlə
görüşüb. Murtuzəliyev karyerasını bitirdikdən sonra siyasətlə məşğul olub.
O, "Vahid
Rusiya" partiyasından Dağıstan Xalq Məclisinə deputat seçilib. Rusiya Pensiya Fondunun Dağıstan
şöbəsinə rəhbərlik edib.
2015-ci ildə o,
terrorizmi maliyyələşdirməkdə ittiham olunaraq, beynəlxalq axtarışa verilib.
Murtuzəliyev sifarişli qətl təşkil etməkdə də ittiham olunur.