“Golden Boy” hollandın oldu
"Golden Boy”
mükafatının sahibi bəlli olub.
Kaspi.az xəbər
verir ki, mükafatı "Ayaks”ın futbolçusu Matteys de Liqt qazanıb. "Golden Boy”
Avropanın 21 yaşadək olan ən yaxşı futbolçusuna təqdim olunur.
Holland
"Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnoldu, "Milan”ın hücumçusu Patrik
Kutroneni, "Roma”nın yarımmüdafiəçisi Castin Klyuverti və "Real”ın xavbeki
Vinsius Junioru qabaqlayıb.
De Liqt
"Ayaks”ın əsas yığmasında 2016-cı ildə debüt edib. 19 yaşlı futbolçu hazırda
komandanın kapitanıdır. O, çempionatda keçirdiyi 59 oyunda 7 qol vurub. Liqt
Hollandiya yığmasının heyətində də 13 dəfə meydana çıxıb.