Futbola baxışını dəyişsə, Messi səviyyəsinə yüksələ bilər
Braziliya
yığmasının sabiq futbolçusu Kafu Neymarın PSJ-dəki oyunu barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Kafu Neymarın olduqca istedadlı olduğunu bildirib. O, həmyerlisinin
Messi səviyyəsinə yüksəlməsi üçün futbola baxışını dəyişməli olduğunu
vurğulayıb:
"Neymarda
dünyanın ən yaxşı futbolçusu olmaq üçün potensial var. O, PSJ-də oynamaqla
Messi və Ronaldo səviyyəsinə yüksələ bilər.
Amma artıq
futbola baxışı dəyişməyin zamanıdır. Əgər o, bunun məsuliyyətini anlayıb
liderlik funksiyasını üzərinə götürə bilsə, onda hər şey yaxşı olacaq.
Biz, onun ildən-ilə
daha da yetkin olacağını gözləyirdik. Məhz bu yetkinlik ona dünyanın ən yaxşısı
futbolçusu olmağa kömək edər”.
Neymar cari
mövsümdə PSJ-nin heyətində keçirdiyi 14 oyunda 13 qol vurub.