• cümə axşamı, 09 may, 01:30
  • Baku Bakı 15°C

Futbol üzrə birinci Novruz turnirinə start verilib

23.03.18 19:16 708
Futbol üzrə birinci Novruz turnirinə start verilib
"Qəbələ” idman klubunun təşkilatçılığı ilə 12 yaşadək futbolçular arasında birinci Novruz turnirinə start verilib.Şamaxı Olimpiya İdman Kompleksinin meydançalarında təşkil olunan yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparır.
Turnirdə "Qəbələ”, "Qəbələ UGİM”, "Sumqayıt İOEUGİM” və "Vətən”in U-12 komandaları qüvvələrini sınayırlar.
Turnirin açılış matçında "Qəbələ” klubu "Vətən”lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini "Qəbələ”nin vurduğu 1 qol həll edib – 1:0. "Qəbələ UGİM”lə Sumqayıt təmsilçisi arasında matçda tərəflər hərəyə 1 qol vurub və 1 xal qazanıblar – 1:1.
banner

Oxşar Xəbərlər