AZE | RUS | ENG |

Futbol üzrə 2022-ci ilin dünya çempionatı başqa ölkəyə keçirilə bilər

Futbol üzrə 2022-ci ilin dünya çempionatı başqa ölkəyə keçirilə bilər
Qətər futbol üzrə 2022-ci ilin dünya çempionatını keçirmək hüququndan məhrum edilə bilər.

AZƏRTAC "ВВС”yə istinadla xəbər verir ki, bunun başlıca səbəbi ərəb dövlətlərinin (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn) Qətəri terrorizmə maliyyə dəstəyi göstərmək üstündə ittiham etməsidir. Məlumatda Qətərdə dünya çempionatı infrastrukturu ilə məşğul olan tikinti şirkətlərinə bu layihənin çox riskli olması barədə xəbərdarlıq edilir.

Ölkənin "DÇ-2022” üzrə təşkilat komitəsi bu informasiyanı təkzib edərək, qarşıdakı turnirin təhlükəsiz olacağını bildirib.

Xatırladaq ki, iyun ayında Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik əlaqəni kəsiblər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000