• cümə axşamı, 02 may, 01:32
  • Baku Bakı 15°C

FİFA Blatterin DÇ-2018-də peyda olmasını “nəzərətə götürüb”

21.06.18 11:54 865
FİFA Blatterin DÇ-2018-də peyda olmasını “nəzərətə götürüb”
FİFA-nın sabiq prezidenti Jozef Blatter DÇ-2018-in oyununda görünüb.
Kaspi.az xəbər verir ki, 82 yaşlı Blatter Portuqaliya -Mərakeş oyununa baxıb. O, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə mundiala təşrif buyurub.
Ancaq cəzaya məruz qalan Blatterin bu formada futbol oyununa baxması qadağandır. Məsələ ilə bağlı FİFA-nın açıqlaması isə belə olub:
"FİFA cənab Blatterin Rusiyaya gəlişini nəzarətə götürüb. Məsələ ilə bağlı indiki məqamda əlavə şərhimiz yoxdur”.
Blatter FİFA-dakı korrupsiya əməliyyatından sonra 8 il müddətinə futboldan uzaqlaşdırılıb. Sonradan apellyasiya komitəsi bu cəzanı 6 ilə endirib. Cəzanı nəzərə alsaq, Blatter futbol oyunlarına ancaq sadə azarkeş kimi baxa bilər.
banner

Oxşar Xəbərlər