• şənbə, 27 Aprel, 06:45
  • Baku Bakı 12°C

FİFA Avropa İttifaqı ilə memorandum imzalayacaq

11.01.18 12:35 853
FİFA Avropa İttifaqı ilə memorandum imzalayacaq
FİFA ilə Avropa İttifaqı arasında qarşılıqlı anlaşma ilə bağlı memorandum imzalanacaq.
Kaspi.az xəbər verir ki, memorandumun şərtlərini müzakirə etmək üçün FİFA prezidenti Canni İnfantino ilə Avropa Şurasının baş katibi Turbern Yaqland Strasburqda görüşüblər. Müzakirələr zamanı Avropa Şurası konvensiyalarının idmanda insan haqlarının müdafiəsi üçün vacib olduğu vurğulanıb.
FİFA prezidenti Canni İnfantino görüşlə bağlı fikirlərini bildirib:
"Mənə elə gəlir ki, FİFA və Avropa Şurasının bir çox ümumi məqsədləri var. Sağlam idarəetmə, insan hüquqlarına hörmət, danışılmış oyunlar, zorakılıq və dopinqə qarşı qətiyyətli mövqe FİFA üçün əsas prioritetlərdi".
Memorandumun 2018-ci ilin sonuna qədər imzalanacağı gözlənilir.
banner

Oxşar Xəbərlər