• şənbə, 20 Aprel, 01:08
  • Baku Bakı 15°C

FHN 168 yaşayış binasının istifadəsinə rəy verib

19.09.19 19:55 568
FHN 168 yaşayış binasının istifadəsinə rəy verib
Fövqəladə Hallar Nazirliyində "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Prezidentin 19 fevral 2019-cu il tarixli fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda bildirilib ki, hazırda işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsinə uyğun həyata keçirilir.
Görülmüş tədbirlər nəticəsində ümumilikdə müayinə nəticələri müsbət olan 243 binadan (kompleksdən) ümumi sahəsi 2873089 kv.m olan 28443 mənzilli, 497 girişli 168 binaya (kompleksə) dair müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.
banner

Oxşar Xəbərlər