Ev dustaqlığını necə keçirir?
Paraqvayda
saxlanılan əfsanəvi braziliyalı futbolçu Ronaldinyo mətbuata açıqlama verib.
Kaspi.az xəbər
verir ki, Ronaldinyo ev dustaqlığını necə keçirdiyi barədə danışıb. O,
saxlanıldığı oteldə hər cür şəraitin olduğunu bildirib:
"Oteldə əla şərait
var. Bizimlə hər şey yaxşıdır. Artıq 60 gün keçib. Çox sakitik və bizim
durumumuzun yaxşı olması üçün burda hər şey edirlər.
Demək olar ki, hər
gün idmanla məşğul oluruq. Burda trenajor zalı var. Üstəlik, qaldığım oteli də
bizə uyğun şəkildə adaptasiya ediblər”.
Qeyd edək ki,
Ronaldinyo və qardaşı saxta sənəddən istifadə ittihamı ilə Paraqvayda həbs
olunmuşdular. Aprelin 9-da onlar 1,6 milyon dollar girov müqabilində həbsxanadan
ev dustaqlığına buraxılıblar. Ronaldinyonun qaldığı otelin bir gecəsi 380
dollaradır.