• şənbə, 27 Aprel, 01:32
  • Baku Bakı 14°C

Ən yaxşı komanda VAR-ın səhvinə görə uduzdu - Mourinyo

16.07.18 13:25 531
Ən yaxşı komanda VAR-ın səhvinə görə uduzdu - Mourinyo
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo DÇ-2018-in finalı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Mourinyo Fransanın mundial boyu yaxşı çıxış etdiyini bildirib. Ancaq o, DÇ-nin ən yaxşı komandasının Xorvatiya olduğunu bildirib və onların qapısına təyin olunan penaltinin yanlış olduğunu vurğulayıb:
"Fransızlar əla turnir keçirdilər. Onlar finala qədər yaxşı təsir bağışladılar. Bu gün də qalib gəldilər. İndi yalnız onları təbrik etmək qalır.
Xorvatlar isə məyusdurlar. Çünki mundialın ən yaxşı komandası VAR sisteminə görə uduzdu. Hesab edirəm ki, sistem səhvə yol verdi, orda penalti yox idi.
Hakim bu sistemin xidmətindən müstəsna hallarda istifadə etməlidir. Penalti epizodunda isə belə hal yox idi”.
banner

Oxşar Xəbərlər