AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əməkdar artist: “Mən müxtəlif təbəqənin zövqünü oxşayıram“

Əməkdar artist: “Mən müxtəlif təbəqənin zövqünü oxşayıram“

Mədəniyyət
19 Noyabr 2013, 13:29 2055
Əməkdar artist Tünzalə Ağayeva yeni mahnısı “Gülbahar”ın ona uğur gətirdiyini deyib. Axşam.az-ın məlumatına görə, müğənni bu bəstəni bütün gənc qızlara həsr edib:

“Bu gün bütün qızlarımızın, eləcə də mənim övladımın həddini, yerini bilən, Hüseyn Cavidin qəhrəmanı Gülbahara bənzəməsini istəyirəm. Bu mahnı mənim sənətimə uğur gətirdi.

Kimsə mahnılarımı dinləyib zövq alırsa, bu, uğurumdur. Mən müxtəlif təbəqənin zövqünü oxşayıram. İfama qarşı bir heyranlıq varsa, ondan yaxşı yöndə istifadə etməyə çalışıram”.