• şənbə, 27 Aprel, 04:28
  • Baku Bakı 14°C

“Çelsi” onu istəyir, “Bavariya” 230 milyon tələb edir

17.06.18 19:20 648
“Çelsi” onu istəyir, “Bavariya” 230 milyon tələb edir
"Çelsi” yay transfer dönəmində hücum xəttində dəyişiklik etmək niyyətindədi.
Kaspi.az xəbər verir ki, "Çelsi” Mişi Batşuayi ilə Alvaro Moratanı satmaq istəyir. "Təqaüdçülər”in əsas transfer hədəfi isə "Bavariya”nın hücumçusu Robert Levandovskidi.
Polyak futbolçu özü də karyerasını başqa klubda davam etdirmək istədiyini bir neçə dəfə bildirib. Ancaq "Bavariya” rəhbərliyi onu heyətdə saxlamaq istəyir.
Elə ona görə də, Münhen nəhəngi onun satış qiymətini fantastik həddə müəyyənləşdirib. "Bavariya”dan bildiriblər ki, Levandovskiyə görə 230 milyon avrodan aşağı edilən heç bir təkliflə bağlı danışıq aparmayacaqlar.
banner

Oxşar Xəbərlər