• cümə axşamı, 02 may, 02:06
  • Baku Bakı 15°C

“Çelsi” ilə Barselona”nın fərqi nədir?

15.03.18 10:00 651
“Çelsi” ilə Barselona”nın fərqi nədir?
"Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında "Barselona” ilə keçirilən cavab qarşılaşmasından (0:3) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Konte "Çelsi” ilə "Barselona”nın fərqi barədə də danışıb. O, bu fərqin Lionel Messi olduğunu vurğulayıb:
"Bu gün Messi fərqi göstərdi. Söhbət dünyanın ən yaxşı futbolçusundan gedir. Üstəlik, cavab qarşılaşmasında bir qədər bəxtimiz də gətirmədi. Biz 4 dəfə dirəyə və qapı çatına tuş gəldik.
Biz xeyli qol vəziyyəti yaratdıq, amma söhbət Messidən gedirsə... O, hər mövsüm 60 qol vurur. Messi top-oyunçu deyil, super top-oyunçudur. O, oyunu "Barsa”nın xeyrinə dəyişdi. "Çelsi” ilə "Barsa”nın fərqi Messidir.
Heç nədən şikayətlənmirəm. Bu gün çox çalışdıq və belə hesabla məğlubiyyətə layiq deyildik”.
banner

Oxşar Xəbərlər