• çərşənbə, 24 Aprel, 12:56
  • Baku Bakı 27°C

Eldəniz Səlimov: "Antimilli şura üzvləri xalqın haqlı nifrətini qazanıblar"

30.06.20 13:37 587
Eldəniz Səlimov: "Antimilli şura üzvləri xalqın haqlı nifrətini qazanıblar"
Deputat: "Onlarınməqsədi Azərbaycanda qarşıdurma, çaxnaşma yaratmaqdır"
"Milli Şura millilikdən uzaq, antiAzərbaycan dairələrin əlində oyuncağa, alətə çevrilən bir qurumdur. Bunlara heç qurum da demək olmaz, sadəcə, Əli Kərimli və onun ətrafına toplanmış beş-on boşboğazdan, avantürst adamdan ibarət bir dərnəkdir".
Bu barədə deputat Eldəniz Səlimov özlərini demokratik qüvvələr adlandıranların Milli Şurasında keçirilən "xüsusi əhəmiyyətli” iclasa, həmçinin orada radikal müxalifət təmsilçilərinin dedi-qodu xarakterli söhbətlər etməsinə münasibət bildirərəkən qeyd edib.
"Bu, onların taleyi və alın yazısıdır"
Deputat deyib ki, antimilli şura üzvlərininməqsədi Azərbaycanda qarşıdurma, çaxnaşma yaratmaqdır: "Onları nə xalq, nə dövlət, nə dövlətçilik maraqlandırır. Onları ancaq vəzifə, kürsü, pul, şəxsi, cılız, dar maraqlar maraqlandırır. Onlar üçün heç bir ali dəyər yoxdur, bütün dəyərləri ayaqlar altına salıb, tapdalayıblar. Məhz buna görə də Azərbaycan xalqının haqlı nifrətini və qəzəbini qazanıblar. O qədər də qeyri-ciddiləşiblər ki, artıq nə dediklərinin, nə danışdıqlarının fərqində belə deyillər. Ağıllarına gələni danışır, özlərini gülüş hədəfinə çevirirlər. Görün nə qədər qeyri-ciddi və məsuliyyətsizdirlər ki, belə bir həssas dönəmdə də lağlağı, dedi-qodu, qeybətlə məşğul olur, xalqa qarşı növbəti sayğısızlıqlarını və hörmətsizliklərini nümayi etdirirlər. Onlar əgər əvvəlcə siyasi cəhətdən bitmiş və tükənmişdilərsə, indi artıq insani cəhətdən də tam bitib və tükəniblər. Keçirdikləri "toplantılar", "konfranslar", irəli sürdükləri "təkliflər" bunun daha bir əyani sübutudur. Bunlar bu ağıllamı və bu düşüncəyləmi hakimiyyətə gəlmək istəyirlər? Sadəcə, rəzalət və biabırçılıqdır. Belələrinin yeri tarixin kif basmış arxivi və zibilliydir. Çünki bundan artıq heç nəyə yaramırlar, heç nəyi haqq etmirlər. Onlar nə edirlərsə-etsinlər, heç nəyə nail ola bilməyəcəklər, həmişə və hər zamankı kimi, fiaskoya, məğlubiyyətə məhkum olacaqlar. Bu, onların taleyi və alın yazısıdır".
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər