“El klasiko”da dişini itirib
"El klasiko”da "Barselona”nın futbolçusu Lionel Messinin ağzından qan
axması diqqəti cəlb etmişdi.
Messi hətta bir müddət meydanda ağzında pambıqla oynamağa məcbur
olmuşdu. Kaspi.az xəbər verir ki, Leo "Real”la oyunda dişini itirib.
O, ilk hissədə Marselo ilə
mübarizə apararkən, "Real”ın futbolçusu dirsəyi ilə onun ağzına vurub. Nəticədə
Messinin dişi düşüb.
El klasiko”da "Barselona” 3:2 hesabı ilə qalib gəlib. Messi isə dubl
edib.