• şənbə, 27 Aprel, 07:51
  • Baku Bakı 12°C

Dünyanın 2-ci ən yaxşı məşqçisi üçün 5 milyon azdır?

23.07.18 11:45 493
Dünyanın 2-ci ən yaxşı məşqçisi üçün 5 milyon azdır?
Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç bir neçə təklif alıb.
Kaspi.az xəbər verir ki, Xorvatiya yığması onun rəhbərliyi altında DÇ-2018-də gümüş medal qazandıqdan sonra
Daliçə Asiya klublarından da biri təklif göndərib. Ona illik 5 milyon avro məvacib vəd olunur. Mütəxəssis isə pulun onun üçün motivasiya qaynağı olmadığını bildirib:
"Pul məni ilhamlandırmır. Asiya klubu mənə illik 5 milyon avro məvacib təklif edib? Mən dünyanın ən yaxşı 2-ci məşqçisiyəm. 5 milyon isə onun üçün çox azdır.
Top-məşqçilərin nə qədər qazandığını bilmirəm, amma mənim üçün bu rəqəm 15-20 milyon avro civarındadır. Bəli, pul hamı üçün vacibdir, amma mənim üçün motivasiya qaynağı deyil”.
Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, Daliç yığma komandadan getməyi və klub futboluna qayıtmağı düşünür.
banner

Oxşar Xəbərlər