AZE | RUS | ENG |

Dünya teatrları M.A.P üçün Bakıya yığışacaq

Dünya teatrları M.A.P üçün Bakıya yığışacaq
“Bakcell”in baş sponsoru olduğu teatr festivalı dünya mədəniyyəti ilə yaxından tanış olmaq imkanlarımızı genişləndirir

Bu il oktyabrın 10-dan 20-nə qədər Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə M.A.P (Music, Art and Performance) adlı üçüncü teatr festivalı keçiriləcək. Bu festivalı keçirməkdə əsas məqsədlərdən biri teatr sənətinin müxtəlif üslublarını özündə birləşdirən ünsiyyət, mədəniyyət, bilik və təcrübədən faydalanmaqdır. M.A.P festivalı hər zaman gənc sənət adamlarını bir araya gətirir. Festivalın repertuarında rəngarəng tamaşalar yer alır. 

Festivalda dünyaca məşhur bir çox teatrlar - "Vaxtanqov”, "Kukolnıy dom”, "Yeni Riqa”, "Sardegna”, "Atelye”, "Vanya”, "WHS” teatrları, "OLE!” rəqs qrupu, "Kibbutz” müasir rəqs şirkəti, "Recircuel” şirkəti yerli teatrlarımızın səhnəsində öz məharətlərini tamaşaçılara nümayiş etdirəcəklər. Açılış mərasimində festivalın üç ili ərzində səhnələşdirilən bütün tamaşaların afişaları nümayiş olunacaq. Festivalın bədii rəhbəri Kamran Şahmərdandır.

Festivalın təşkilatçısı YARAT Müasir İncəsənət Mərkəzi Azərbaycanda müasir incəsənətin təbliği və inkişaf etdirilməsi, fərqli sənət növü ilə məşğul olan insanların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların öz ideya və fikirlərini yaratdıqları sənət əsərləri vasitəsi ilə təqdim edə bilməsi üçün çox böyük işlər görür. Bununla yanaşı, həyata keçirilən bir çox layihələr mədəniyyətimizi, incəsənətimizi ölkənin hüdudlarından kənarda tanıdır. Bütün bunların nəticəsi olaraq, dünya mədəniyyəti ilə yaxından tanış olmaq imkanlarımız genişlənir. YARAT eyni zamanda, dünyaca məşhur olan qalereyalar və muzeylərlə əməkdaşlıq edir. Bu mərkəz 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir.
 
Festivalın baş sponsoru Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell” şirkətidir. "Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir. Bakcell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova ilə söhbətimizdən aydın oldu ki, bu şirkət eyni zamanda, xüsusi qayğıya ehtiyacı duyan, valideyn himayəsindən məhrum, eləcə də aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün geniş imkanlar yaradır:
 
- "Bakcell” üçüncü dəfədir ki, bu festivala baş sponsorluq edəcək. Azərbaycanın ilk mobil operatorunun belə bir incəsənət bayramına qoşulması hansı zərurətdən yarandı?
 
- Azərbaycanın ilk mobil operatoru və ən sürətli internet provayderi olan "Bakcell” artıq üçüncü ildir ki, M.A.P festivalının baş sponsoru və əsas tərəfdaşıdır. "Bakcell” Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafına və gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir. Həmçinin vətənimizdə musiqi və incəsənətin inkişafına dəstək olur. Bu festival musiqi, incəsənət və performans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Buna görə də "Bakcell” artıq üçüncü ildir ki, bu festivalın baş sponsoru qismində çıxış edir.
 
- "Bakcell”, eyni zamanda bir çox sosial layihələrə sponsorluq edib. Həmçinin milli KSM mükafatının qalibi olmusunuz. Şirkət olaraq sosial layihələr sizin üçün nə ifadə edir?
 
- Ölkəmizin inkişafına dəstək olmaq və vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək hər bir şirkətin borcudur. "Bakcell” artıq on ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlarından biri olan "Bakcell Stars” proqramını həyata keçirir. Bu layihənin əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum, aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün imkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, təhsil və iş imkanları ilə təmin etməkdir. Bu proqram çərçivəsində uşaqlar, o cümlədən əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərilir. Korporativ Sosial Məsuliyyət proqramımızın digər vacib bir istiqaməti Azərbaycanda idman, incəsənət və mədəniyyətin inkişaf etdirilməsinə yönəlib. Bu baximdan, "Bakcell” şirkəti ölkədə təşkil olunan sosial baxımdan vacib layihələrə dəstək göstərməkdən məmnunluq hissi duyur və bu sahədə uğurlu fəaliyyətini gələcəkdə də davam etdirəcək.
 
- "Bakcell”in bu layihəyə sponsorluğu göstərir ki, mobil operator təkcə insanlar arasında ünsiyyət qurmuq, eyni zamanda, incəsənətin də bir ünsiyyət növü olduğunu nümayiş etdirir. Bəs sizin fikrinizcə, incəsənət də bir ünsiyyət növüdürmü?
 
- "Bakcell” Azərbaycanda idmanın və incəsənətin inkişafına həsr olunmuş yüksək səviyyəli layihələrin tərəfdaşı olub. Biz bu cür layihələri ünsiyyət yaratmaq, brend barədə məlumatı artırmaq və şirkətimizin dəyərlərini təbliğ etmək üçün effektiv bir əlaqə metodu kimi görürük. Buna görə də bizim şirkət üçün incəsənət ən vacib ünsiyyət növlərindən biridir.
 
Fidan Salmanova


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973