Dünya çempionu məşhur aktyoru döyüşə çağırdı
Peşəkar boks həvəskarları üçün əla xəbər var.
Kaspi.az xəbər verir ki, sabiq dünya çempionu Corc Forman rinqə
qayıtmaq istəyir. O, məşhur aktyor Stiven Siqalı döyüşə çağırıb. Bu barədə
Forman "tvitter” səhifəsində yazıb:
"Stiven Siqal, mən sənə çağırış edirəm, təkbətək. Mən boks
fəndlərindən istifadə edəcəyəm, sən nədən istəsən yararlana bilərsən. Veqasda
10 raund”.
Forman 1968-ci ildə keçirilən olimpiya oyunlarının qalibidir. O, WBA,
WBC, IBF versiyalarında dünya çempionudur
65 yaşlı Siqal isə aykido üzrə 7-ci dana sahibdir. O, hələ Formanın
çağırışına cavab verməyib.