AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

DİM: Magistraturaya qəbul imtahanında informatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil

DİM: Magistraturaya qəbul imtahanında informatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil

Cəmiyyət
04 Mart 2021, 12:18 200
Magistraturaya qəbul imtahanında informatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. 
 
APA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı ilə bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatlarda qeyd edilib. Bildirilib ki, bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7.64-ə bərabər olub), cəmi 1 nəfər bütün suallara düzgün cavab verib.
 
Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11.70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12.69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 baldan (median 7.86-ya bərabər olub) və 9 baldan (median 8.50-yə bərabər olub) aşağı nəticə göstərib.