• cümə, 29 Mart, 14:01
  • Baku Bakı 14°C

Deputat buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib

27.10.20 12:33 419
Deputat buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib
Deputat Aqiyə Naxçıvanlı bu tədris ilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib.
APA-nın məlumatına görə, deputat bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı onlayn təhsilin davam etdirilməsində çox böyük çətinliklər var: "Buna görə də valideynlər tərəfindən mənə belə müraciətlər daxil olur. Mən də bu müraciətləri burada səsləndirirəm. Heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin”.

banner

Oxşar Xəbərlər