AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabitliyin, ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin keşiyində

Sabitliyin, ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin keşiyində

Cəmiyyət
02 İyul 2020, 10:30 187
Professor Əli Həsənov: "Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr dövlətimizin milli maraqlarının qorunmasında, müdafiəsində mühüm xidmətlər göstərib" 
 
"Hər il iyul ayının 2-si Azərbaycan Respublikasında Polis Günü kimi qeyd edilir. Bu il polis orqanlarının yaranmasının 102-ci ildönümüdür. Bu bayram Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla təsis olunub və iyulun 2-si Azərbaycanda Polisi Günü elan olunub. Müsrəqillik dövründə Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr öz fəaliyyətini yenidən quraraq, ölkəmizdə daxili sabitliyin, ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin, dövlətimizin milli maraqlarının qorunması və müdafiəsində mühüm xidmətlər göstərib".
 
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP İdarə Heyətinin üzvü Əli Həsənov "Facebook" hesabında yazıb.
 
O qeyd edib ki, Azərbaycan polisi fəaliyyət göstərdiyi bütün dövrlərdə - istər Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 1918-1920-ci illərdə və Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində, istərsə də müstəqillik dövründə öz fəaliyyətini daim təkmilləşdirib, dövrün tələblərinə uyğun inkişaf edib, peşəkarlığını artırıb, yüksək nəticələr və zəngin təcrübə qazanıb: "Xüsusən son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edən və dünya dövlətləri sırasında öncül mövqelər qazanan ölkəmizdə polisin maddi-texniki bazasının yenidən qurulmasına, fiziki və mənəvi inkişafının hərtərəfli təmin olunmasına və fəaliyyətinin təkmilləşdirilməsinə yüksək səviyyədə nail olunmuşdur. Bu bayram günündə bütün Azərbaycan polisini, DİN-in strukturlarında xidmət keçən bütün qanun keşikçilərini və asayiş təminatçılarını ürəkdən təbrik edirəm. Peşə Bayramınız Mübarək olsun".
 
Rufik İSMAYILOV