AZE | RUS | ENG |

Danimarkada qalmaqal böyüyür, milli komanda dağılır

Danimarkada qalmaqal böyüyür, milli komanda dağılır
Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasında futbolçuların transfer haqları ilə bağlı qalmaqal yaşanır.
 
Kaspi.az Danimarka mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçuların reklam, imic və sponsorluq məsələlərinin də daxil olduğu transfer haqları ilə bağlı danışıqların nəticəsiz qalması, milli komandanın sentyabrın 5-də Slovakiya ilə planlaşdırılan yoldaşlıq oyununu, sentyabrın 9-da isə Uelslə Millətlər Liqasındakı görüşünü təhlükə altına salıb. 
 
Yığmaya cəlb olunan futbolçular düşərgəni tərk etdiyi üçün federasiya aşağı yaş qruplarından futbolçu axtarışına başlayıb. Lakin həmin futbolçular da milli üzvlərinə dəstək verərək, göndərilən dəvətdən imtina edirlər. Millinin baş məşqçisi Aqe Hareyde və köməkçisi Yan Dal Tomassonun da özlərinin seçmədikləri heyətin başında olmaq istəmədiklərinə görə, komandadan ayrıldıqları bildirilir.
 
Federasiya rəsmiləri tərəfindən verilən açıqlamada milli komandanın Slovakiya və Uelslə oyuna çıxmamağının ölkə üçün ağır nəticələrə gətirib çıxaracağı bildirilib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN