• şənbə, 27 Aprel, 05:21
  • Baku Bakı 14°C

Bunu yalnız Ramosla Pike bacarıb

02.10.19 11:15 605
Bunu yalnız Ramosla Pike bacarıb
"Real” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Brügge” ilə qarşılaşıb.
Kaspi.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunda "kral klubu”nun ilk qolunu Serxio Ramos vurub. Ramos bu qolla "Barselona”nın müdafiəçisi Jerar Pikeyə çatıb.
Pike ÇL-də 10 mövsüm qol vuran yeganə müdafiəçi idi. Ancaq artıq Ramos da ona qoşulub. Üstəlik, Ramos Dani Alvesə də çatıb.
Braziliyalı futbolçu ÇL-də 12 qol vurub. Bu göstəricidə ən yüksək nəticə Roberto Karlosa məxsusdur – 16 qol. İvan Elqera 15, Pike isə 14 qol vurub.
banner

Oxşar Xəbərlər