• şənbə, 27 Aprel, 04:54
  • Baku Bakı 14°C

Bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq

01.07.18 09:15 559
Bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq
Rusiyada keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq.
İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxacaq. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gələcək. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların işi heç də asan olmayacaq. Ruslar doğma meydan və azarkeş amilindən yararlanıb sensasiya etməyə çalışacaq.
Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılacaq. Öz qrupunu maksimum nəticə ilə tamamlayan xorvatlar bir anda favoritlər arasında göstərilməyə başlayıb. Danimarka isə etibarlı müdafiə xətti sayəsində yoluna davam etmək əzmindədi.
Dünya çempionatı
1/8 final mərhələsi
1 iyul
18:00.İspaniya – Rusiya
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. "Lujniki” stadionu
22:00. Xorvatiya – Danimarka
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion
banner

Oxşar Xəbərlər