BSU-nun Çerniqovdaki Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində tanınmış idmançılarla görüş keçirilib
Bakı Slavyan Universitetinin (BSU) Çerniqov Milli
Texnologiya Universiteti (ÇMTU) nəzdində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət
Mərkəzində (ATMM) Uçot-iqtisadiyyat, Maliyyə-iqtisad və Həyat fəaliyyəti, Təbiətdən
istifadə və turizm fakültələri tələbələrinin pankration (Şərq əlbəyaxa döyüş
növü) üzrə dünya çempionatının qalibləri Ələsgərov Kənan və Daniil Kozlovla görüşü
keçirilmişdir. Tədbirdə ATMM direktoru, Uçot-iqtisadiyyat fakültəsinin dekanı
professor Marina Yurçenko və Maliyyə-iqtisad fakültəsinin dekanı Lüdmila
Remnyova iştirak etmişlər. Görüşə dəvət
olmuş idmançılar nəinki Ukraynada, eləcə də onun hüdudlarınnan kənarda çox
tanınmış insanlardır. 2017-ci ilin oktyabrında Soçi şəhərində keçirilən dünya
çempionatında onlar medalların tam komplektini gətirmişlər: Daniiel Kozlov
qızıl və bürünc, ÇMTU-nun Maliyyə-iqtisad fakültəsinin 3 kurs tələbəsi Kənan Ələsgərov isə gümüş medal qazanmışdır. Hər iki
idmançı "Pукопашный бой” ("Əlbəyaxa döyüş”) Çerniqov İdman Klubunun yetişdirmələridir.
Onlara kiçik yaşlarından Oleq Pişşenko məşqçilik edir. Görüşdə Kənan Ələsgərov
tədbir iştirakçılarına söylədi ki onun valideyinləri əslən Azərbaycandandır. O,
özü Belorusiyada doğulsa da, uzun illərdir Ukraynada yaşayır və Ukrayna vətəndaşıdır.
O heç vaxt babalarının torpağı ilə əlaqəni kəsmir, hətta bu yaxınlarda o
dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilən təlim-məşq toplantısından
qayıdıb. Bu, onun gələcək idman nəaliyyətləri qazanmasına böyük stimul
verdiyini söylədi. Daha sonra Kənan və Daniil öz həmyaşıdlarına idman
karyeralarının uğur tarixçəsindən söz açmış, pankration üzrə beynəlxalq idman
yarışlarında əks olunmuş fotoşəkillərini nümayiş etdirmiş, adı çəkilən döyüş
növünü əsl kişi xarakterli olmağı, nəinki idmanda, eləcə də həyatda vacib olan
insani keyfiyyətləri formalaşmasında onun rolunda danışmışlar. Görüşün sonunda
idmançılar tədbir iştirakçılarına Çerniqov İdman Klubunun bukletlərini və həmin
klubda iki günlük pulsuz məşq dəvətnamələrini payladılar.