AZE | RUS | ENG |

Boksçularımız Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə uğurla iştirak edib

Boksçularımız Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə uğurla iştirak edib
Rusiyada kişi boksçular arasında start götürən "Sankt-Peterburq qubernatorunun kuboku” beynəlxalq turnirinə yekun vurulub.
 
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub.
 
Komandamızın hesabına qızıl medalları Məsud Yusifzadə (52 kq) və Məhəmməd Abdullayev (+91 kq) yazdırıb. M. Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. M.Abdullayev isə həlledici görüşdə moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Digər boksçumuz Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.
Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında ikinci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan komandası qabaqlayıb. Rusiya boksçuları isə "üçlüy”ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815