• çərşənbə, 24 Aprel, 08:37
  • Baku Bakı 13°C

Bir milyard qazanan ilk futbolçu olacaq

03.04.20 11:22 887
Bir milyard qazanan ilk futbolçu olacaq
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo daha bir göstəriciyə görə tarixə düşəcək.
Kaspi.az xəbər verir ki, Ronaldo bu dəfə maliyyə göstəricisinə görə tarixdə qala bilər. O, bir milyard qazanacaq ilk futbolçu olacaq.
35 yaşlı futbolçu 2019/2020 mövsümü başa çatdıqdan sonra bu göstəriciyə nail olacaq. Onun futboldan qazandığı sərvət 1 milyard dollara çatacaq. Hətta məvaciblərin azaldılması da buna mane olmayacaq.
İndiyə qədər bir milyard göstəricisinə yalnız 3 idmançı – qolfçu Tayqer Vuds, boksçu Floyd Meyuezer və basketbolçu Maykl Cordan çata bilib.
banner

Oxşar Xəbərlər