• çərşənbə axşamı, 19 mart, 15:22
  • Baku Bakı 8°C

Binəqədidə ağacəkmə aksiyası keçirilib

24.11.14 12:36 1922
Binəqədidə ağacəkmə aksiyası keçirilib
Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. BRİH mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, fəal gənclər iştirak ediblər.
Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə ağaclarının da əkilməsi sakinlər tərəfindən müsbət qarşılanıb. Ümumilikdə aksiya çərçivəsində 750 ağac əkilib.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər